Gəncədə nənənin imtina etdiyi uşaqların səhhəti ilə bağlı rəsmi AÇIQLAMA  

Gəncədə nənənin imtina etdiyi uşaqların səhhəti ilə bağlı rəsmi AÇIQLAMA  

Hazırda oxunan: Gəncədə nənənin imtina etdiyi uşaqların səhhəti ilə bağlı rəsmi AÇIQLAMA  

161438

Gəncədə qəyyumu olan nənələri tərəfindən imtina edilən uşaqların sağlamlıq vəziyyəti normaldır.  

Bu barədə Bizim.Media-ya açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyətinin sözçüsü Gülnar Rzayeva məlumat verib.  
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə körpə bacı və qardaş küçəyə ATILDI


“Uşaqlar xəstəxanaya yerləşdirildikdən sonra bir neçə dəfə onlara baş çəkilib, xəstəxananın rəhbərliyi və həkimlərin iştirakı ilə sağlamlıq vəziyyətləri yoxlanılıb.

Hər iki uşağın sağlamlıq vəziyyəti normaldır. Uşaqların anası Cəlilova İlahə Natiq qızının narkotik aludəçisi olduğu, yaşadıqları evin tam şəraitsizliyi, ailənin sosial durumunun ağırlığı və nənənin uşaqlara baxmaq istəməməsi nəzərə alınıb.  

Onlar Sosial Xidmətlər Agentliyinin müvafiq qərarına əsasən 26 oktyabr 2023-cü il xüsusi olaraq ayrılmış tibb işçisinin iştirakı ilə Bakı şəhərində yerləşən körpələr evinə göndəriləcəklər”, - deyə o bildirib. 

Xatırladaq ki, oktyabrın 21-də Gəncə şəhərində yaşayan Cəlilova Mehriban Ramiz qızı qəyyumu olduğu 05.04.2021-ci il təvəllüdlü oğul nəvəsini Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında tərk edərək gedib.

Bir neçə dəqiqə sonra 16.07.2023-cü il təvəllüdlü qız nəvəsini də gətirərək İcra Hakimiyyəti əməkdaşlarına verib. Hər iki uşaq “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin Uşaq Xəstəxanasına yerləşdirilib.  
Hazırda azyaşlıların Bakı şəhərində yerləşən körpələr evlərindən birinə yerləşdirilməsi istiqamətində iş gedir. 

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO