1943-cü ildə itkin düşən azərbaycanlı əsgərin Kursk vilayətində qalıqları TAPILDI - FOTO

1943-cü ildə itkin düşən azərbaycanlı əsgərin Kursk vilayətində qalıqları TAPILDI - FOTO

Hazırda oxunan: 1943-cü ildə itkin düşən azərbaycanlı əsgərin Kursk vilayətində qalıqları TAPILDI - FOTO

161410

İkinci Dünya Müharibəsinin döyüş meydanlarında həlak olmuş Qırmızı Ordu əsgərlərinin qalıqlarını axtaran Rusiya dəstələrindən biri 1943-cü ildə ən böyük tank döyüşünün baş verdiyi Kursk vilayətində azərbaycanlı əsgərin qalıqlarını tapıb.

Bizim.Media xəbər verir ki, qalıqlar arasından tapılan “ölüm medalyonu”ndakı məlumata görə, bu, əslən Gəncədən olan azərbaycanlı Əhməd Həsənovdur (1913-cü il təvəllüdlü).

Rusiya Müdafiə Nazirliyinin tarixi arxivindən verilən informasiyaya görə, 81-ci qvardiya atıcı diviziyasının əsgəri Ə.Həsənov 1943-cü il iyulun 17-də Kursk vilayətinin Belenixinski rayonunun Maloyablonovo kəndi yaxınlığında itkin düşüb.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO