Gəncədə azyaşlı qardaş-bacını nənələri niyə küçəyə ATDI? – RƏSMİ AÇIQLAMA 

Gəncədə azyaşlı qardaş-bacını nənələri niyə küçəyə ATDI? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Gəncədə azyaşlı qardaş-bacını nənələri niyə küçəyə ATDI? – RƏSMİ AÇIQLAMA 

161404

Gəncədə küçəyə atılan körpələrlə bağlı bəzi məqamlara aydınlıq gəlib.  

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, bacı və qardaş Gəncə şəhər İcra hakimiyyətinin qarşısına uşaqların qəyyumu olan nənələri tərəfindən gətirilib.  
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə körpə bacı və qardaş küçəyə ATILDI


İlkin versiyaya görə, nənə azyaşlılara baxmaq imkanı olmadığından bu addımı atıb.  

Gəncə Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, şənbə günü Cəlilova Mehriban Ramiz qızı qəyyumluğunda olan iki nəvəsi ilə idarənin qabağına gəlib.

Orada nənə artıq uşaqlara baxmaq imkanı olmadığı bildirib və körpələr aidiyyatı qurumların nəzarətinə götürülüb və uşaq xəstəxanasına yerləşdiriliblər. İcra hakimiyyətindən onu da bildirdilər ki, azyaşlıların qanunvericiliyə uyğun olaraq dövlət müəssisəsinə yerləşdirilməsi planlaşdırılır. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov uşaqların valideynlərinin  tüfeyli həyat tərzi keçirdiyini qeyd edib: 

“Nənə uşaqları icra hakimiyyətinə ona görə gətirib ki, azyaşlılara dövlət baxsın. Uşaqlar xəstəxanaya yerləşdirilib və müvafiq icra komissiyası işi araşdırır”. 

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə isə bildirib ki, nənələri tərəfindən atılmış azyaşlılar sabah dövlət müəssisəsinə yerləşdiriləcək: 

“Hadisə ötən şənbə baş verib. Nənə himayəsində olan böyük uşağı (3-4 yaş) Gəncə Şəhər İcra Hakimiyyətinə gətirib və baxa bilmədiyini deyib. Ananın zərərli vərdişləri var və narkotik aludəçisidir. Bir neçə gün sonra nənə digər uşağı (3-4 aylıq) da icra hakimiyyətinə gətirib. Sabah və ya bu həftənin sonuna kimi uşaqlar dövlət müəssisəsinə yerləşdiriləcəklər”. 

Alçina Amilqızı, Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO