Zaqatalada 15 yaşlı qız göbələkdən ZƏHƏRLƏNİB 

Zaqatalada 15 yaşlı qız göbələkdən ZƏHƏRLƏNİB 

Hazırda oxunan: Zaqatalada 15 yaşlı qız göbələkdən ZƏHƏRLƏNİB 

161361

Bu gün axşam saatlarında Zaqatalada zəhərlənmə hadisəsi baş verib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 15 yaşlı Aşağı Tala kənd sakini Aysun Mehdiyeva zəhərlənmə əlamətləri ilə yaxınları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin müayinədən sonra məlum olub ki, gənc qız yaşadığı evin həyətyanı sahəsindən göbələk yığıb.

Daha sonra onu qızardaraq yeyib. Nəticədə Aysun Mehdiyeva zəhərlənib. Həkimlərin tibbi yardımından sonra gənc qız müalicəsini xəstəxananın reanimasiya şöbəsində davam etdirir.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal- Qərb bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO