Azərbaycanda bu şəxslər müəllim ola BİLMƏYƏCƏK 

Azərbaycanda bu şəxslər müəllim ola BİLMƏYƏCƏK 

Hazırda oxunan: Azərbaycanda bu şəxslər müəllim ola BİLMƏYƏCƏK 

161272

Azərbaycanda cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ümumi təhsil haqqında” qanuna dəyişiklik edilib. 

Dəyişikliklə qanunun 27.2.5-ci maddəsinə “və ya” sözlərindən sonra “cinsi” sözü əlavə olunur. Təklif olunan dəyişiklikdən sonra isə cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər. 

Qanunun hazırkı bəndində isə qeyd edilib ki, uşaqlara qarşı cinsi istismar və ya zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. 

Müzakirələrdən sonra dəyişiklik layihəsi I oxunuşda təsdiqlənib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO