Siyəzəndən oğurladıqları əşyaları dəyər-dəyməzə satdılar - Avtomobildə gizlədilən cinayət - FOTO

Siyəzəndən oğurladıqları əşyaları dəyər-dəyməzə satdılar - Avtomobildə gizlədilən cinayət - FOTO

Hazırda oxunan: Siyəzəndən oğurladıqları əşyaları dəyər-dəyməzə satdılar - Avtomobildə gizlədilən cinayət - FOTO

16123

Siyəzəndə oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən daş karxanalarının birindən və fəaliyyəti müvəqqəti olaraq dayandırılmış bir neçə restorandan müxtəlif vaxtlarda bir ədəd qaynaq aparatının, 4 ədəd elektrik mühərrikinin, müxtəlif ölçüdə elektrik naqillərinin, təmir-tikinti alətlərinin, obyektlərə məxsus plastik və dəmir qapıların, nəfəsliklərin və digər əşyaların oğurlanması barədə müraciət daxil olub. 

Daxil olan müraciətlərlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Emin Şöyübov, Təvəkkül Nuriyev və İlkin İbrahimov saxlanılıblar.

Saxlanılan şəxslər törətdikləri oğurluq əməllərini etiraf edərək, obyektlərə qanunsuz daxil olduqlarını, oğurluq yolu ilə əldə etdikləri qənimətləri isə icarəyə götürdükləri nəqliyyat vasitələrinə yükləyərək Bakı şəhərinə apardıqlarını və xeyli hissəsini şəhər ərazisində yerləşən əlvan metal qəbulu məntəqələrində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.

Əşyaların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb. 

Faktlarla bağlı Siyəzən RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO