Qəbələdə selin törətdiyi fəsadlar aradan QALDIRILIR – FOTO  

Qəbələdə selin törətdiyi fəsadlar aradan QALDIRILIR – FOTO  

Hazırda oxunan: Qəbələdə selin törətdiyi fəsadlar aradan QALDIRILIR – FOTO  

161226

Yaz-yay aylarında baş verən daşqınlar Qəbələnin Həmzəli kəndi ərazisində bir sıra problemlər yaradıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, avqust və sentyabr aylarında yağan yağışlar zamanı kənd yolları bərbad vəziyyətə düşüb, su keçidləri dağılıb, kəndin ərazisindən axan çayın məcrasını sel-sular dağıdıb. 

Kəndin sosial problemləri ilə bağlı sakinlər rayon icra hakimiyyətinə və müvafiq təşkilatlara müraciət edib. Bu günlərdə vətəndaşların müraciətinə əsasən rayon icra hakimiyyətinin təşkilatçılığı və aidiyyəti qurumların iştirakı ilə Həmzəli kəndinin şimal hissəsində sel sularının yuyaraq dağıtdığı keçid-körpü yenisi ilə əvəz edilib. 
Həmçinin çayın məcrası təmizlənib, kəndin daxili yollarına qum-çınqıl yayılaraq hamarlanıb. Kəndin digər infrastrukturunun da yenilənməsi istiqamətində layihələr nəzərdə tutulur. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO