Mingəçevir su anbarında batan balıqçının meyiti TAPILDI 

Mingəçevir su anbarında batan balıqçının meyiti TAPILDI 

Hazırda oxunan: Mingəçevir su anbarında batan balıqçının meyiti TAPILDI 

161120

Mingəçevir su anbarında batan balıqçının meyiti tapılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

FHN-in “112” qaynar telefon xəttinə 1972-ci il təvəllüdlü Bayramov Sərdar Saleh oğlunun Mingəçevir şəhəri yaxınlığında Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmaması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işlərinə başlanılıb, Nazirliyin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi də axtarış tədbirlərinə cəlb olunub. 
Aparılan axtarış işləri nəticəsində S.Bayramovun meyiti sahildən təqribən 5 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO