İstanbulda qanunsuz yaşayan Azərbaycan vətəndaşlarına RƏSMİ MÜRACİƏT

İstanbulda qanunsuz yaşayan Azərbaycan vətəndaşlarına RƏSMİ MÜRACİƏT

Hazırda oxunan: İstanbulda qanunsuz yaşayan Azərbaycan vətəndaşlarına RƏSMİ MÜRACİƏT

161087

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda Türkiyənin İstanbul şəhərində qeyri-qanuni yaşayan vətəndaşların qəbulu keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu məlumat yayıb.

Bildirilib ki, oktyabrın 28-dən noyabrın 5-dək baş tutacaq qəbul zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının, qeydi şəhadətnamələri (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) və digər konsulluq əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur. Sənədləri olmayan şəxslərlə bağlı isə valideynlik hüquqlarının müəyyənləşdirilməsi məqsədilə yerində DNT analizlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Pasportların rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

Vaxtı bitmiş şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun əsli və surəti (olduğu təqdirdə)

Doğum haqqında şəhadətnamənin surəti (olduğu təqdirdə)

Doğum haqqında şəhadətnamə (18 yaşına çatmayan uşaqlar üçün)

Türkiyə ərazisində müvəqqəti və ya daimi yaşadığını təsdiq edən sənəd (oturum) (olduğu təqdirdə)

Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması üçün aşağıdakı sənədlər təqdim olun edilməlidir:

Doğum haqqında şəhadətnamənin surəti

Valideynlərin pasport, şəxsiyyət vəsiqəsi və digər şəxsiyyəti təsdiq edən sənədlərinin surəti

Nikahın bağlanması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

Etibarlı ümumvətəndaş pasportunun surəti

Subaylıq haqqında arayış

Nikahın bağlanması haqqında tərəflərin ərizəsi

Türkiyə ərazisində müvəqqəti və ya daimi yaşadığını təsdiq edən sənəd (oturum) (olduğu təqdirdə)

Tibbi müayinədən keçdiyini təsdiq edən arayış

Doğum haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

Doğum faktını təsdiq edən xəstəxanadan arayış (apostil olunmuş) və DNT analizinin nəticəsi

Valideynləri ərizəsi

Valideynlərin etibarlı pasportlarının surəti

Fərdi İdentifikasiya Nömrələrinin (FİN) alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

Valideynlərin ərizəsi

Valideynlərin pasportlarının surəti

Doğum haqqında şəhadətnamələrin surəti.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO