Sumqayıtda 3 avtomobil TOQQUŞDU: Dayanacaqda duranlar xəsarət ALDI 

Sumqayıtda 3 avtomobil TOQQUŞDU: Dayanacaqda duranlar xəsarət ALDI 

Hazırda oxunan: Sumqayıtda 3 avtomobil TOQQUŞDU: Dayanacaqda duranlar xəsarət ALDI 

161066

Sumqayıt şəhərində zəncirvari qəza baş verib. 

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, hadisə Koroğlu prospektində qeydə alınıb. 

Sumqayıt şəhər sakinləri, 1960-cı il təvəllüdlü Mədətov Hacıbaba Nurəli oğlunun idarə etdiyi "KamAz" markalı avtomobillə 1991-ci il təvəllüdlü Zəkiyev Fuad Abdul oğlunun idarə etdiyi "Lada Priora" markalı və 1983-cü il təvəllüdlü Ağayev Samir Yahya oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. 

Toqquşma nəticəsində yol kənarındakı dayanacaqda duran piyadalar - 2006-cı il təvəllüdlü Əhmədzadə Cəmilə Vidadi qızı və 1963-cü il təvəllüdlü Əliyev Aqil Məhərrəm oğlu xəsarət alıb. 

Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları və Təcili Tibbi yardım briqdaları cəlb olunub. Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. 
Hadisənin səbəbləri araşdırılır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO