“Sanki öz vətənimdəyəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri Bakıda jurnalistlərə açıqlamasında türkiyəli iş adamı Acun İlıcalı deyib.
O qeyd edib ki, Türkiyə və Azərbaycan iki dövlət bir millət olduğunu dəfələrlə nümayiş etdirib:
“Azərbaycanlı qardaşlarımızın diqqətini hər zaman hiss edirəm. Aramızdakı bağlılığı bilirəm və sanki öz vətənimdəyəm. Tarix boyu çətin günlər yaşadıq. Lakin iki dövlət bir millət olmağı bacardıq, ağır sınaqlardan keçdik”.
Bakıya ikinci dəfədir gəldiyini söyləyən A.İlıcalı bundan sonra ölkəmizi tez-tez ziyarət edəcəyini qeyd edib:
“Hesab edirəm ki, buranı daha çox ziyarət etməliyəm. Mənə olan sevginin qarşılığını verməliyəm. Çünki mən də azərbaycanlı qanı daşıyıram. Atamın anası azərbaycanlıdır. Azərbaycana bağlılığım da buradan qaynaqlanır. Uşaq yaşlarından Azərbaycanı sevirəm”.
Bizim.Media