Fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirilib - FOTO 

Fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirilib - FOTO 

Hazırda oxunan: Fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirilib - FOTO 

160938

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. 

Bu barədə Bizim.Media-ya Nazirlikdən məlumat verilib. Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Rafiq Nəsrəddinov adına 39 saylı tam orta məktəbdə, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər A.S.Puşkin adına 9 nömrəli və Samux rayon Tatlı kənd tam orta məktəblərində, Sumqayıt Regional Mərkəzi tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Ağsu rayon Daşdəmirbəyli və Gəgəli kənd tam orta məktəblərində, Aran Regional Mərkəzi tərəfindən Ucar rayon Məlikballı kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Şabran rayonu Aygünlü kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağdam rayon Qaradağlı kənd tam orta məktəbində və Cənub Regional Mərkəzi tərəfindən Cəlilabad şəhər R.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbirləri keçirilib. 

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub. 

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. 
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb. 










Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO