“Biz artıq neçə aydır ki, Bakı Təşəbbüs Qrupu ilə işlər görürük”.
Bizim.Media xəbər verir ki, bu barədə Martinikanın Azadlıq Partiyasının rəhbəri Lyuk Frensis Kerol jurnalistlərə açıqlamasında deyib.
“Burada qardaşlıq münasibəti var. Birliyimizin məqsədi Fransa müstəmləkəsinə son qoymaqdır.
Bundan əlavə, Azərbaycanla bağlı layihələrimiz də var. Məqsədimiz digər müstəmləkə dövlətləri ilə birləşərək, birgə addım atmaqdır. Azərbaycandakı dostlarımız bizə işdə kömək edir və edəcək. Bu bizə güc verir”,- deyə o əlavə edib.
Qeyd edək ki, dünən Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans öz işinə başlayıb.
Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:31 / 21.10.2023
Lyuk Frensis Kerol: “Birliyimizin məqsədi Fransa müstəmləkəçiliyinə son qoymaqdır”
Hazırda oxunan: Lyuk Frensis Kerol: “Birliyimizin məqsədi Fransa müstəmləkəçiliyinə son qoymaqdır”
Hazırda oxunan: Lyuk Frensis Kerol: “Birliyimizin məqsədi Fransa müstəmləkəçiliyinə son qoymaqdır”
160878
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.