Laçına köçən ailələr tibbi müayinədən KEÇİRLƏR – FOTO  

Laçına köçən ailələr tibbi müayinədən KEÇİRLƏR – FOTO  

Hazırda oxunan: Laçına köçən ailələr tibbi müayinədən KEÇİRLƏR – FOTO  

160868

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində Laçın şəhərinə köçürülən ailələrin tibbi müayinələri davam etdirilir. 

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.  

44 ailənin üzvü olan 159 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Laçın, Beyləqan, İmişli, Bərdə, Tərtər, Kürdəmir, Şamaxı, Abşeron rayonlarının mərkəzi xəstəxanalarında, Sabunçu, Nizami, Sumqayıt, Lökbatan, Binəqədi tibb mərkəzlərində, Yeni Klinikada və Bakı Baş Səhiyyə Mərkəzində tibbi müayinədən keçiblər. 
Onların biokimyəvi laborator analizləri, ultrasəs (USM), elektrokardioqrafiya (EKQ) və ağciyərlərin rentgenoqramması (flüoroqrafiya), həmçinin digər lazımi müayinələri həyata keçirilib. 

Müayinələr “Böyük Qayıdış” layihəsi çərçivəsində icbari tibbi sığorta hesabına vətəndaşlar üçün ödənişsiz əsaslarla icra olunub. 
Xatırladaq ki, tibbi müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində reallaşdırılır. 

TƏBİB tərəfindən memorandum çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən şəxslərin ümumi tibbi müayinəsinin təşkili, həmçinin uşaqların təsdiqlənmiş Peyvənd Təqviminə əsasən müxtəlif yoluxucu xəstəliklər əleyhinə immunizasiyanın aparılması baş tutulub. Əsas məqsəd işğaldan azad olunan ərazilərə köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir. 









Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO