“Tərtər işi”ndə bəraət alanlara 1 milyondan çox təzminat KƏSİLDİ 

“Tərtər işi”ndə bəraət alanlara 1 milyondan çox təzminat KƏSİLDİ 

Hazırda oxunan: “Tərtər işi”ndə bəraət alanlara 1 milyondan çox təzminat KƏSİLDİ 

160864

““Tərtər işi”nə görə məhkum edilərək sonradan bəraət alan şəxslərə kəsilmiş təzminatın ümumi məbləği bilinib. 

Bizim.Media xəbər verir ki, bu barədə “qafqazinfo.az”a vəkil Rəsul Cəfərov məlumat verib. 

Vəkilin sözlərinə görə “Tərtər işi” üzrə məhkum edilmiş şəxslərdən bu günə qədər ümumilikdə 54 nəfər bəraət alıb.

Onlardan 22 nəfər hərbi qulluqçuya veriləcək təzminat ümumilikdə 1 milyon 546 min manat təşkil edib. Bundan başqa, eyni iş üzrə bəraət almış 6 nəfər mülki şəxsə 167 min 420 manat təzminat ayrılıb. 
R. Cəfərov qeyd edib ki, hazırda təzminat tələbi ilə bağlı məhkəmə prosesləri davam edir. 

Qeyd edək ki, bütün iddialarda cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO