“Son 10 ildə Xəzər dənizinin səviyyəsi 114 sm aşağı düşüb”.
Bizim.Media xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva nazirliyin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
O bildirib ki, hazırda Xəzər dənizinin səviyyəsi Baltik dənizi ilə müqayisədə -28,78 metr təşkil edir:
"Son 5 ildə səviyyə 69 santimetr, 10 ildə isə 114 santimetr aşağı düşüb. Bu, bütün Xəzəryanı ölkələri narahat edən problemlərdən biridir. Ötən ilin oktyabrında Azərbaycanın təşəbbüsü ilə bu məsələ ilə bağlı konfrans keçirilmişdi. Noyabrın 2-də növbəti konfrans keçiriləcək.
Əməkdaşlarımız həmin konfransa hazırlaşırlar. Orada adaptasiya tədbirlərinin hazırlanması və problem ətrafında müzakirələr aparılacaq".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 20.10.2023
Xəzər dənizinin səviyyəsi 114 sm aşağı DÜŞÜB
Hazırda oxunan: Xəzər dənizinin səviyyəsi 114 sm aşağı DÜŞÜB
Hazırda oxunan: Xəzər dənizinin səviyyəsi 114 sm aşağı DÜŞÜB
160779
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.