"Gələn ilin ortalarına qədər əhali hava şəraiti ilə bağlı xüsusi xəbərdarlıqları mobil telefonlara gələn SMS vasitəsilə ala biləcək. Bu istiqamətdə lazımi işlər aparılır".
Bizim.Media xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva nazirliyin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
Nazir müavini onu da diqqətə çatdırıb ki, 40-dan artıq böyük çaylarda avtomatik müşahidə sistemləri mövcuddur:
“Bəzi çaylarda isə 24 saat işlək vəziyyətdə olan müşahidə kameraları var. Onlar vasitəsilə sel, daşqın hadisələri barədə məlumatlar situasiya mərkəzinə daxil olur və müvafiq analizlər aparılır”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:50 / 20.10.2023
Əhali hava ilə bağlı xəbərdarlıqları SMS vasitəsilə ALACAQ
Hazırda oxunan: Əhali hava ilə bağlı xəbərdarlıqları SMS vasitəsilə ALACAQ
Hazırda oxunan: Əhali hava ilə bağlı xəbərdarlıqları SMS vasitəsilə ALACAQ
160777
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.