Şabranda ana bətnindəki qız uşağını öldürmək istədi - özü həyatını itirdi

Şabranda ana bətnindəki qız uşağını öldürmək istədi - özü həyatını itirdi

Hazırda oxunan: Şabranda ana bətnindəki qız uşağını öldürmək istədi - özü həyatını itirdi

16077

Şabranda 21 yaşlı gənc ana zəhərlənmədən dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, rayonun Ceyranlı kənd sakini Məleykə Vahab qızı Yusifova martın 26-sı gecə 03.40 radələrində dünyasını dəyişib.

 

MÖVZU İLƏ BAĞLI:

Şabranda qadını şantaj edib, 15 min pul istədi


Hadisə yerinə Şabran prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəlib. İlkin araşdırma zamanı məlum olub ki, gənc qadın hamilə olub və o bətnindəki körpəni tələf etmək üçün həblərdən istifadə edib.

Uşaq ana bətnində öldüyündən gənc ananın qanında zəhərlənmə baş verib və Məleykə Yusifova vəfat edib.

İlkin olaraq məlum olub ki, 21 yaşlı ana bətnindəki körpənin cinsinin qız olduğunu bilib və bu səbəbdən uşağı tələf etmək istəyib.

Bütün bu ehtimalları Şabran rayon prokurorluğunda başlanan araşdırma müəyyən edəcək. Ananın bu hamiləlikdən əvvəl bir qız uşağının olduğu deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO