Sabunçuda yük maşını piyadanı vuraraq öldürdü 

Sabunçuda yük maşını piyadanı vuraraq öldürdü 

Hazırda oxunan: Sabunçuda yük maşını piyadanı vuraraq öldürdü 

160696

Bakıda yük maşını piyadanı vurub. 

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, hadisə bu gecə saat 02 radələrində Sabunçu rayonu ərazisində baş verib. 

Belə ki, Ağayev Hacıağa Vaqif oğlu etibarnamə əsasında idarə etdiyi "HOWO ST-3250C" markalı yük avtomobili ilə Sabunçu rayonu, "Şəhər şossesi" ilə Zabrat qəsəbəsindən şəhər mərkəzi istiqamətində hərəkətdə olarkən avtomobilin ön sağ hissəsi ilə yolun hərəkət hissəsində dayanmış şəxsiyyəti məlum olmayan kişini vurub. 
Naməlum şəxs aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. 

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi açılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO