Qarabağ bölgəsində əraziyə baxış zamanı aşkar edilmiş anbarlarda mövcud minaların bir qisminin 2021-ci ildə Ermənistanda istehsal olunduğu, əldəqayırma partlayıcı qurğuların isə artilleriya mərmilərindən kustar üsullarla hazırlandığı müəyyən edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
MÖVZU İLƏ BAĞLI:
Qarabağda mina və partlayıcı qurğularla dolu anbarlar AŞKARLANDI - FOTO
Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı içərisində xeyli sayda müxtəlif təyinatlı mina və kustar üsullarla hazırlanmış əldəqayırma partlayıcı qurğularla dolu anbarlar Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilib.
Xatırladaq ki, lokal xarakterli antiterror tədbirlərindən öncə Ermənistandan Qarabağ bölgəsinə dəfələrlə qanunsuz hərbi daşımaların həyata keçirilməsi barədə Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumatlar verilib.
Bizim.Media