Dairə seçki komissiyalarının tərkibi niyə DƏYİŞDİRİLDİ? – RƏSMİ AÇIQLAMA 

Dairə seçki komissiyalarının tərkibi niyə DƏYİŞDİRİLDİ? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Dairə seçki komissiyalarının tərkibi niyə DƏYİŞDİRİLDİ? – RƏSMİ AÇIQLAMA 

160586

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Azərbaycanda seçki dairələri üzrə dairə seçki komissiyaları təşkil edilib. MSK-nın həmin iclasında seçki dairələrinin yaradılması sxemi və qrafik təsviri təsdiqlənib. Toplantıda 92 seçki dairəsi üzrə dairə seçki komissiyaları (DSK) təşkil edilib.

Dəyişikliklərə səbəb nədir?

MSK sədri Məzahir Pənahov bildirib ki, 33 seçki dairəsi üzrə dairə seçki komissiyalarının adı və sıra sayı dəyişmədiyindən tərkibi olduğu kimi saxlanılıb. MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, Seçki Məcəlləsinə əsasən, seçki dairələri ölkə üzrə seçicilərin sayının 125-ə bölünməsi yolu ilə formalaşdırılır.Bu məqam nəzərə alınaraq dövrü olaraq yeni seçki məntəqələri yaradılır:

“Bu ilin mayından seçki dairələri üzrə seçicilərin orta təmsilçilik normasının yenidən müəyyənləşdirilməsinə ehtiyac yaranıb. Orta təmsilçilik norması nəzərə alınaraq, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiqlənməsi təklif olunub. Çalışmışıq ki, dairələr üzrə seçicilərin orta təmsilçiliyi bir-birinə yaxın olsun”.

Görəsən, yeni dairə seçki komissiyalarının təşkilinə səbəb nədir?

Bizim.Media-ya açıqlamasında MSK katibi Mikayıl Rəhimov bildirir ki, DSK-ların yenidən təşkili ilə səsvermə hüququ olan seçicilərin sayı 10 min nəfər artıb:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda dairə seçki komissiyaları təşkil EDİLDİ 


“Seçki dairələri üzrə dairə seçki komissiyalarının yenidən təşkili demək olar ki, heç nəyi dəyişmədi. Dairə Seçki Kommisiyaları ona görə yenidən təşkil olunub ki, Azərbaycan üzrə DSK-larda səsvermə hüququ olan vətəndaşların sayı təxminən 10 min nəfərə qədər artıb. Bu həmin ərazilərdə seçicilərin sayının artması ilə müşayiət olunduğuna görə, dəyişiklilər yeni coğrafiyanı, yeni cizgiləri əhatə etdi.

Yeni yaşayış məntəqələri daxil oldu, bəzi dairələrin tərkibindən ayrı-ayrı yaşayış məntəqələri çıxaraq, digərlərinə birləşdi. Ona görə də dairə seçki komissiyalarının yenidən formalaşmasına zərurət yarandı və həmin prosesi həyata keçirdik”.

MSK-nın tərkibi dəyişir?

“Bu addımın kommisiyaların tərkibilə bağlı məsələyə heç bir təsiri olmayacaq. Komissiyalar Seçki Məcəlləsinin tələblərinə uyğun formalaşdırıldı. Mərkəzi Seçki Komissiyası 6 nəfər parlament çoxluğunu, 6 nəfər parlament azlığında olan partiyaları və 6 nəfər bitərəfləri təmsil edir. DSK-ların formalaşmasında da eyni proporsiya həyata keçirilib.

DSK üzvlərinin böyük əksəriyyəti həmin dairələrdə qaldı, amma gedənlər də oldu. MSK isə həmin dairələrə yeni nümayəndələr təyin edib”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO