Müğənnini öldürən əri barədə QƏRAR VERİLDİ 

Müğənnini öldürən əri barədə QƏRAR VERİLDİ 

Hazırda oxunan: Müğənnini öldürən əri barədə QƏRAR VERİLDİ 

160551

Müğənni Yaqut Nərimanı (Həşimova) qətlə yetirməkdə ittiham olunan əri Anar Həşimov hakim qarşısına çıxarılıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən iclasda prokuror təqsirləndirilən şəxs barədə həbs qətimkan qərarı verilməsini istəyib.

Məhkəmə istintaq orqanının təqdimatını əsaslı hesab edib. 

Qərara əsasən, A.Həşimov barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, 39 yaşlı Anar Həşimovun Nizami rayonunda birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 38 yaşlı Yaqut Həşimovanı bıçaq xəsarətəri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Həşimov şübhəli şəxs qismində tutulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO