Gəlinini güllələyən 88 yaşlı kişi özünü öldürməyə cəhd edib - Prokurorluq

Gəlinini güllələyən 88 yaşlı kişi özünü öldürməyə cəhd edib - Prokurorluq

Hazırda oxunan: Gəlinini güllələyən 88 yaşlı kişi özünü öldürməyə cəhd edib - Prokurorluq

160529

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Oktyabrın 19-da Gülnarə Dadaşovanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Xəzər rayon prokurorluğu yayıb.

Araşdırma zamanı Yaşar Dadaşovun Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı qohumu Gülnarə Dadaşovanı ov silahından atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Yaşar Dadaşov hadisədən sonra özünü öldürməyə cəhd edib və hazırda xəstəxanada müalicəsi davam edir.
Xatırladaq ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1935-ci il təvəllüdlü Dadaşov Yaşar Məmməd oğlu  G.Dadaşovanın qayınatasıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO