Tanınmış həkim yol qəzasına düşdü – “Kəmər taxın - həyat qurtarır!” - FOTO

Tanınmış həkim yol qəzasına düşdü – “Kəmər taxın - həyat qurtarır!” - FOTO

Hazırda oxunan: Tanınmış həkim yol qəzasına düşdü – “Kəmər taxın - həyat qurtarır!” - FOTO

16046

Azərbaycanın tanınmış həkimi Vasif İsmayıl avtomobil qəzasına uğrayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, Facebook səhifəsində yazıb.

Həkim olayla bağlı bunları bildirib:

“Kəmər taxın - həyat qurtarır!

 

MÖVZU İLƏ BAĞLI:

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib


Dünən axşam taksidə qəzaya uğradıq. Öndə oturmuşdum. Sürət 30-40 km/saat ancaq olardı. Asfalt sürüşkən. Birdən ən öndəki qırmızı Jiquli nədənsə dayandı. Ard-arda maşınlar bir-birinə girdi.

Boynumda şiddətli ağrı və üzümdən axan istilik hiss etdim. Bir göz qırpımından belə qısa çəkmişdi. Ani zərbədən başım maşının tavanına dəyibmiş. Alnım və başım yarıldı.

Kəmər taxma alışqanlığım olmasa, yəqin başımla şüşəyə dəyəcəkdim.

Bu qədər yavaş sürətdə....

Kəmər taxın - həyat qurtarır!”.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO