Deputatın oğlundan bir milyona anbar icarəyə götürülməsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA 

Deputatın oğlundan bir milyona anbar icarəyə götürülməsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA 

Hazırda oxunan: Deputatın oğlundan bir milyona anbar icarəyə götürülməsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA 

160409

TƏBİB-in deputat Cavanşir Feyziyevin oğlundan anbar icarəyə götürdüyü barədə məlumatlar yayılıb. Belə ki, fərdi sahibkar Cavanşir Orxan TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi”nə 10 ay müddətinə (06.10.2023-11.08.2024) anbar sahəsini icarəyə verəcək.

TƏBİB Bizim.Media-nın sorğusuna cavab olaraq məlumatı təsdiqləyib. 
 

MÖVZU İLƏ  BAĞLI:

TƏBİB 2 aydır xəstələrə bu dərmanı niyə VERMİR? – ŞİKAYƏT/FOTO  


Qurumdan bildirilib ki, ofis və anbar kompleksinin 1 (bir) il müddətinə icarə xidmətinin satın alınması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2021-ci il tarixində “Dövlət satınalmaları haqqında” qanunun müvafiq maddəsinin tələbinə əsasən müsabiqə keçirilib:

“Keçirilmiş müsabiqənin nəticəsinə uyğun olaraq sözügedən ofis və anbar kompleksinin 09.08.2021-ci il tarixindən- 09.08.2022-ci il tarixinədək olan dövr üzrə icarəyə götürülməsi məqsədilə Agentlik ilə fiziki şəxs Cavanşir Orxan Cavanşir oğlu arasında vergilər, rüsumlar və digər icbari ödənişlər daxil 1 (bir) illik icarə haqqı üçün ümumilikdə 1,176,000.00 (bir milyon bir yüz yetmiş altı min) manat məbləğində satınalma müqaviləsi imzalanıb. 

Məlumat üçün qeyd edirik ki,  4,3 ha ərazidə yerləşən, ümumi sahəsi 12 min 553,3 m2 olan ofis və anbar kompleksi dərman preparatlarının qəbulu, saxlanılması, daşınması üçün hər cür imkana malikdir. HVAC (istilik, ventilyasiya və havalandırma), UPS və generatorlara nəzarət, yanğın təhlükəsizliyi avadanlığının təmiri və texniki xidmət, ofis və anbar kompleksinin növbəlilik qrafiki əsasında 7 gün/24 saat mühafizəsi, binanın ümumi sahələrinin işıqlandırılması, 100 Mbit/san sürətlə internet xidməti, ümumi sahələrin texniki qurğu və avadanlıqlarına xidmətlərin göstərilməsi də icarə qiymətlərinə daxildir. 

Bir məsələni də xüsusilə qeyd edirik ki, bir sıra dərman preparatlarının saxlanması üçün xüsusi temperatur şəraiti tələb olunduğu üçün sözügedən ofis və anbar kompleksi  0 C-dən +13C-yə qədər temperatur saxlamaq qabiliyyətinə malik soyuq otaqlarla təmin edilib, həmçinin malların anbara qəbul və xaric edilməsi proseslərinin sadələşdirilməsi, anbar sahəsindən maksimum istifadənin təmin edilməsi məqsədilə Agentlik tərəfindən anbarda dəmir stellajlar quraşdırılıb”.
Qurumdan bildirilib ki, tərəflər arasında imzalanmış satınalma müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra Agentlik tərəfindən İqtisadiyyat Nazirliyinə rəsmi məktubla müraciət edilib. 

Həmçinin nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müvafiq razılıq məktubu əsasında tərəflər arasında növbəti 1 il müddətinə - sözügedən ofis və anbar kompleksinin 10.08.2022-ci il tarixindən- 10.08.2023-cü il tarixinədək olan 1 (bir) illik  dövr üzrə icarə xidmətlərinə görə satınalma müqaviləsi imzalanıb:

TƏBİB-dən qeyd edilib ki, Səhiyyə Nazirliyinin tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” əmlakı ilə birlikdə TƏBİB-in tabeliyinə verildiyi üçün 10.08.2023-cü il tarixindən etibarən növbəti 1 il müddətinə satınalma müqaviləsi imzalanıb. 

Məlumat üçün bildirək ki, 1994-cü il təvəllüdlü Cavanşir Orxan millət vəkili Cavanşir Feyziyevin oğludur.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO