Suraxanıdakı qəzada avtomobildə sıxılıb qalan sürücü belə xilas EDİLDİ – VİDEO  

Suraxanıdakı qəzada avtomobildə sıxılıb qalan sürücü belə xilas EDİLDİ – VİDEO  

Hazırda oxunan: Suraxanıdakı qəzada avtomobildə sıxılıb qalan sürücü belə xilas EDİLDİ – VİDEO  

160361

Suraxanı rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi nəticəsində bir nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.  

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA RİO” markalı minik avtomobilinin idarəetməni itirərək dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb. 
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2001-ci il təvəllüdlü Cabbarov Laçın Aqil oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.  Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO