Yeni metrostansiyalar hansı ərazilərdə inşa OLUNACAQ? – RƏSMİ AÇIQLAMA

Yeni metrostansiyalar hansı ərazilərdə inşa OLUNACAQ? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Yeni metrostansiyalar hansı ərazilərdə inşa OLUNACAQ? – RƏSMİ AÇIQLAMA

160296

Yayılan xəbərlərə görə, Bakı şəhərinin 4 prioritet hədəf əsasında hazırlanmış Baş Planı artıq yekunlaşıb və yaxın vaxtlarda ictimaiyyətə açıqlanması nəzərdə tutulub. 

Yeni plana əsasən, ərazinin zonalaşdırılması, yeni mühəndis kommunikasiya sistemləri, nəqliyyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər ediləcək Bu işlər sırasına paytaxtda 50 km-ə qədər tramvay xəttinin çəkilməsi, eləcə də metrostansiyalarının sayı 47-ə çatdırılması daxildir. 

Bəs, metrostansiyaların hansı istiqamətdə tikilməsi nəzərdə tutulub?

Bizim.Media-nın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” ASC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd edib ki, sözügedən prioritetlərdən xəbərdardırlar:
 

MÖVZU İLƏ BAĞLI:

Metro və avtobuslarda bu "BakıKart"lardan istifadə dayandırıldı - RƏSMİ 


“Amma Baş Plan təsdiq olunmadığı üçün hələlik heç nə deyə bilmərik. Bu məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətində olan bir məsələdir və bununla bağlı yalnız onlar açıqlama verə bilərlər. Sənəd təsdiq olunmalıdır ki, ona uyğun metrostansiyanın tikilməsi üçün vəsait ayrılsın. 

Çünki sənəddə nə qədər maliyyənin ayrıldığı əks olunub. Bundan başqa, Nəqliyyatın Əlaqələndirmə Şurası tərəfindən müəyyən araşdırmalar aparılıb və müəyyən qərarların verilməsi gözlənilir, amma tərkibinin nədən ibarət olduğunu mən də bilmirəm. Bütün səlahiyyətlər Bakı Metropolitenində olmadığı üçün bununla da bağlı heç bir məlumat verə bilmirəm”.

Mətbuat katibi bununla belə, mühüm bir məsələni də diqqətə çatdırıb:

“Bu gün mətbuatda, Baş Planda 47 metrostansiyanın olduğu qeyd olunur, amma mən onların sayının 76 ədəd olduğunu deyə bilərəm. Hətta yeni xətlərin ayrılması, gələcəkdə dairəvi xətlərin yaradılması və bənövşəyi xəttin inkişafı nəzərdə tutulub. Amma bu xətlərin hara qədər gedəcəyi, uzunluğunun nə qədər olacağı və digər məsələlər Baş Plan təsdiq olunduqdan sonra açıqlanacaq. 

Bu istiqamətdə müəyyən işlər görülür, hətta Nazirlər Kabinetində böyük iclas da keçirilib. Üstəlik, müəyyən edilmiş müddət ərzində hansı işlərin görüləcəyi, ayrılacaq maliyyə vəsaitlərinin həcmi və digər bütün məsələlər məlum olacaq. Eyni zamanda, bu yay ərzində yerüstü və yeraltı nəqliyyat üçün şəhərin müəyyən yerlərində söküntü işləri aparılıb”.

“Söhbət ondan gedir ki...”

Komitənin Ümumi İşlər və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdir müavini-sektor müdiri Ramiz İdrisoğlu da mövzu ilə bağlı konkret bir söz deyə bilməyəcəyini vurğulayıb:

“Bu məsələ ilə bağlı aidiyyatı qurumların özünə müraciət edin. Ona görə ki, verdiyiniz sualın cavabı onların İnkişaf Planında əks olunub və Baş Plan işləndiyi zaman bu sənəd əsas götürülüb.

Biz o zaman mətbuata açıqla verə bilərik ki, həmin planlar şəhərsalma sənədlərinə əsasən baxılıb və təsdiq olunub. Bakı Metropoliteni sadəcə öz təkliflərini səsləndirə bilər”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO