Azərbaycanda elektrikli avtomobillərə maraq niyə artıb? – SƏBƏBLƏR

Azərbaycanda elektrikli avtomobillərə maraq niyə artıb? – SƏBƏBLƏR

Hazırda oxunan: Azərbaycanda elektrikli avtomobillərə maraq niyə artıb? – SƏBƏBLƏR

160257

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana elektrik mühərrikli avtomobillərin idxalında kəskin atım baş verib. 

Dövlət Gömrük Komitəsinin 9 aylıq hesabatında bildirilib ki, ötən ilin eyni dövründə ölkəyə gətirilən belə avtomobillərin sayı 301 ədəd, maliyyə dəyəri isə 10 milyon 142.68 min ədəd təşkil edirdisə, cari ildə bu say 2 118 ədədə, maliyyə dəyəri isə 85 milyon 882.07 min dollara yüksəlib. 

Bir sözlə, bir ildə sayda birdən-birə 1817 ədəd və ya 85,79 faiz, maliyyə dəyərində isə 75 milyon 739,39 min dollar və ya 88,19 faiz artım qeydə alınıb. 

Marağın artmasının səbəbləri

Mövzunu Bizim.Media üçün şərh edən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Azərbaycanda elektromobillərə marağın artmasının əsas səbəblərindən danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda hibrit avtomobillər istehsalı gözlənilirmi? – RƏSMİ AÇIQLAMA


Ekspert birinici səbəbin hökumətin tətbiq etdiyi stimullaşdırıcı amillərlə bağlı olduğunu diqqətə çatdırıb:

“2022-ci ildə Nazirlər Kabineti yanında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Dövlət Komisiyyası ekoloji təmiz avtomobillərin ölkəyə idxalının stimullaşdırılması və ölkə daxilində həmin vasitələrinin istismarının stimullaşdırılması ilə bağlı “Yol xəritəsi” hazırlandı. Bunun əsasında da ötən ildən etibarən belə avtomobillərin idxalı həm gömrük, həm də vergi rüsumlarından azad olundu. 

Eyni zamanda, elektrikdoldurma məntəqələrinin hazırlanması və qurulması üçün lazım olan avadanlıqların gətirilməsi də bütün rüsumlardan azad olundu. Belə olan halda sahibkar üçün belə avtomobilləri ölkəyə gətirmək daha sərfəli oldu və onlar üçün bir fürsət yarandı”.  
İdxalı ucuz başa gəlir...

Ekspert vurğulayıb ki, bu avtomobillərin idxalı ucuz başa gəldiyi üçün ölkə daxilində də baha qiymətə satılması mümkün olmur:

“Elektromobillər onsuz da bahalı avtomobil sayılır. Ancaq bu tədbirlər qismən də olsa, vətəndaş üçün əlçatanlılığı təmin etdi. Əgər 2022-ci ilin sonunda ölkədə 40 elektrik doldurma mantəqəsi vardısa, cari ilin oktyabr ayına qədər onların sayı 2 dəfə artırılıb. Artıq həm bölgələrdə, həm də Bakıda onların sayı kifayət qədərdir”. 

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO