Azərbaycanlılara qarşı Meşəlidə terror aktı törədən ermənilərin ADLARI

Azərbaycanlılara qarşı Meşəlidə terror aktı törədən ermənilərin ADLARI

Hazırda oxunan: Azərbaycanlılara qarşı Meşəlidə terror aktı törədən ermənilərin ADLARI

160199

Hazırda məhkəməsi keçirilən Vaqif Xaçatryanla birlikdə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salan ermənilərin adı məlum olub. 

Bizim.Media xəbər verir ki, həmin şəxslər Xocalı rayonunun Badara kənd sakinləri Sarkisyan Emest Baxşıyeviç, Sarkisyan Armais Baxşıyeviç, Qasparyan Benik Astanovic, Abramyan Xoren Melikoviç, Avanesyan Armen Sarkisoviç, Sarkisyan Vova Armaisovic Xaçaturyan Qariy Nikolayeviç, Kaçaturyan Nikolay Beglarovic, Abramyan Armen Qaragenoviç, Abramyan Eduard Armenovic, Abramyan Zina Armenovic, Abramyan Vahid Armenoviç, Ohanyan Karen Aşotovic, Ohanyan Naorik Aşotoviç, Qasparyan Qurgen Benikoviç, Gasparyan Valery Benkovic, Davidyan Albert Melikoviç, Saakyan Samvel Rafikoviç, Osipyan Asatur Baxşıyeviç, Xaçatryan Karlen Baxşıyeviç, Israelyan Eduard Beglarovic, Avakyan Artur Vartanoviç, Sarkisyan Surik Armaisoviç, habelə Verdi Allahverdiyan. Vilen Verdiyan, Qrişa Magişoviç, Slavik Ardemoviç, Qavruşa Zaduroviç, Ruben, Andronik adlı və şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərdir.

Onlar Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş digər millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin fəaliyyətində iştirak ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Vaqif Xaçatryanın növbəti məhkəməsi başladı - FOTO/VİDEO


Həmin cinayət əməllərinin törədilməsi məqsədi ilə Vaqif Xaçatryan qanunsuz silahlı hərbi birləşmələrin adları qeyd olunan üzvləri ilə birlikdə Azərbaycan və erməni millətləri arasında milli nifrət və düşmənçiliyin salınmasında, azərbaycanlıların milli layaqətinin alçaldılmasında, milli mənsubiyyətlərinə görə hüquqlarının məhdudlaşdırılmasında və ermənilərin üstün olmalarına yönəlinın hərəkətlər edilməsində aşkar surətdə fəal iştirak edərək, 1988-ci ilin yay aylarında etibarən Xocalı (keçmiş Əsgəran) rayonunun Meşəli kəndindən Ağdam, Xoca Xankəndi şəhərlərinə gedən azərbaycanlılara yollarda sistematik hücumlar təşkil edərək onları döymək, nalayiq sözlərlə təhqir etmək, öldürməklə hədələmək, əmlaklarını məhv etmək və onların fiziki məhvinə yönəlmiş digər əməllər törədiblər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO