Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsinin baxış iclası başlayıb.
Bizim.Media xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
MÖVZU İLƏ BAĞLI:
Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməsi KEÇİRİLƏCƏK
Prosesdə dövlət ittihamçıları Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyev tərəfindən Vaqif Xaçaturyanın ittiham aktının elan etməsi gözlənilir.
Eyni zamanda məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.
İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.
Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media