Azərbaycan vətəndaşlarının İstanbul terroruna aidiyyəti yoxdur

Azərbaycan vətəndaşlarının İstanbul terroruna aidiyyəti yoxdur

Hazırda oxunan: Azərbaycan vətəndaşlarının İstanbul terroruna aidiyyəti yoxdur

16017

 

İstanbul aeroportunda törədilmiş terror aktına aidiyyəti olan 37 nəfər saxlanılıb, onlardan yeddi nəfəri xarici dövlətlərin vətəndaşlarıdır. 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Milliyet” qəzeti yazıb. 

Məlumata görə, onlardan üçü Əlcəzair, iki nəfəri Tunis və daha bir nəfəri Misir vətəndaşıdır. Saxlanılan şəxslərin kimlikləri açıqlanmır. 

Beləliklə də daha öncə terror aktında Azərbaycan vətəndaşının da əlinin olduğuna dair yayılmış informasiya təsdiq edilmədi. 

Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk aeroportunda törədilmiş terror aktında 45 nəfər ölüb, 239 nəfər isə müxtəlif xəsarətlər alıb. 

İlkin məlumata görə, terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO