Ölkəmizdə yetişdirilən hansı göbələklər zəhərlənməyə səbəb ola BİLƏR? – MÜHÜM AÇIQLAMA  

Ölkəmizdə yetişdirilən hansı göbələklər zəhərlənməyə səbəb ola BİLƏR? – MÜHÜM AÇIQLAMA  

Hazırda oxunan: Ölkəmizdə yetişdirilən hansı göbələklər zəhərlənməyə səbəb ola BİLƏR? – MÜHÜM AÇIQLAMA  

160112

Qusar rayonunda 3 qardaşın göbələkdən zəhərlənməsi və onlardan ikisinin ölümü bu məhsulun yetişdirilməsi, ondan istifadə qaydalarını aktullaşdırıb. 

Marketlərdə, bazarlarda, magistral yolların qırağında satılan göbələklərə tez-tez rast gəlirik. Bu məhsulu sorğu-sualsız alıb yeyənlər də az deyil.

Əslində göbələk çox həssas bitkidir və ekspertlər bu məhsuldan istifadə zamanı göbələyin bişirilmə qaydasına da xüsusi diqqət yetirilməsini vacib sayırlar. Amma buna çox zaman məhəl qoyulmur. 
 

MÖVZU İLƏ BAĞLI:

Qusarda 3 nəfər göbələkdən ZƏHƏRLƏNDİ - İkisi ÖLDÜ 


Hazırda göbələk mövsümü olduğu üçün onun yetişdirilməsi və saxlanma müddətinə diqqət yetirilməlidir. Bəziləri elə hesab edir ki, istixanalarda yetişdirilən göbələklər meşələrdə yığılan göbələklərdən də təhlükəlidir. 

Bəs, mövsüm başlayandan göbələkdən zəhərlənmə ilə bağlı müraciətlərdə vəziyyət necədir?

Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Bizim.Media-ya açıqlamasında bildirib ki, göbələkdən zəhərlənmə ilə bağlı müraciətlər olsa da, sayı azdır. 

Maraqlıdır, Azərbaycanda yetişdirilən hansı göbələklər zəhərlənmə verir?

Qida mütəxəssisi Ağa Salamov Bizim.Media-ya açıqlamasında bildirib ki, əsasən regionlardakı göbələkləri zəhərli göbələklərlə səhv salıb yığırlar:

“Onun turşusunu qoyurlar. Çox hallarda Solğunəzvay göbələyini Şampinyonla səhv salırlar. Solğunəzvayı yığanda artıq zəhərlənmə verir. Göbələyi onun mütəxəssisləri yığmalıdır. Ən azı göbələkdən anlayışı olan adam bu məhsulun yığımı ilə məşğul olmalıdır. Göbələyin saxlanma şəraitinə də ciddi əhəmiyyət verilməlidir. Yaxşı olar ki, təzə istehlak olsunsun. əgər soyuducudan kənarda otaq temperaturunda saxlanılırsa, bu şirə salır və qida zəhərlənməsinə gətirib çıxara bilər”. 

Zəhərlənmə ehtimalı yoxdur...

Ağa Salamovun sözlərinə görə Şampinyon göbələyindən zəhərlənmə ehtimalı sıfıra bərabərdir:

“Amma bir şərtlə ki, bu göbələkləri ikinci dəfə qızdırmasınlar. Əgər bir göbələyi bişiriblərsə və onu ikinci dəfə qızdırırlarsa, orada zəhərlənmə ehtimalı mümkündür. Xüsusilə bu hal immun sistemi zəif olanlarda, uşaq və qocalarda daha tez özünü göstərir. Göbələk peraşkisi və göbələk salatını isitmək olmaz. Salat isidilmir, amma yenə də ehtiyatlı olmaq lazımdır. 

Ümumiyyətlə, göbələk əgər şirə salıbsa, ondan heç nə hazırlamaq və bişirmək olmaz. Şirə salmış göbələk mikroçirklənməyə məruz qalır ki, bu da zəhərlənməyə səbəb olur. Yaxud düzgün şərtlər altında qorunmayanda kimyəvi zəhərlənmə də verə bilər”.
Məlumat üçün bildirək ki, Azərbaycanda daha çox şimal bölgəsində meşələrdən göbələk yığılır. Ölkəmizdə quzuqarnı göbələyi deyilən göbələk növü var ki, Xaçmaz, Şabran meşələrində yetişir. Həmin göbələk mart ayının ikinci on günlüyündən başlayaraq aprelin 15-nə kimi toplanır. Quzuqarnı göbələyi sıx meşənin tam ortalarında yetişir, o, həmin mühitə uyğun rəngdə olur. Bu göbələk ağacların çürümüş yarpaqlarının dibindən böyüyür. 

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO