Müəllimlərin sertifikatlaşdırılması prosesi bitib, nəticələr yaxın günlərdə açıqlanacaq.
Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, 8 sentyabr-14 oktyabrda təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi keçirilib.
Müsahibə nəticələri ilə bağlı məlumat yaxın günlərdə təhsilverənlərin şəxsi kabinetlərinə göndəriləcək.
Qeyd edək ki, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə tədris prosesi yenidən təşkil olunub.
Sözügedən təhsil müəssisəsində fəaliyyət göstərən müəllimlər oktyabrın 14-də sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində iştirak ediblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:40 / 16.10.2023
Müəllimlərin sertifikatlaşdırılması prosesi BAŞA ÇATDI
Hazırda oxunan: Müəllimlərin sertifikatlaşdırılması prosesi BAŞA ÇATDI
Hazırda oxunan: Müəllimlərin sertifikatlaşdırılması prosesi BAŞA ÇATDI
160047
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.