“Ermənistan Azərbaycan təbiətinə qarşı ekoloji terror həyata keçirir”.
Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
O deyib ki, Ermənistan silahlı qüvvələrinin Ağcabədi və Göygölü mütəmadi artilleriya atəşinə tutması nəticəsində Ağgöl və Göygöl milli parklarının ərazilərinə bir neçə dəfə raket mərmiləri düşüb:
“Təcavüzkar Ermənistanın törətdiyi bu terror siyasəti nəticəsində Cənubi Qafqazda füsunkar gözəlliyə malik nadir təbii gölləri və unikal landşaftı ilə zəngin yeganə təbiət ərazisi olan Göygöl milli parkının və “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının siyahısına daxil edilmiş Ağgöl milli parkının ərazisində yanğınlar baş verib, flora və faunaya, təbii landşafta ciddi ziyan dəyib”.
Nazirliyin rəsmisi qeyd edib ki, Ermənistan dövləti BMT-nin ətraf mühit üzrə müvafiq təşkilatlarının normativ aktlarına məhəl qoymayaraq cəbhə bölgəsindən kənarda yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərini hədəfə alır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:00 / 30.10.2020
Ermənistan Azərbaycana qarşı ekoloji terror törədir
Hazırda oxunan: Ermənistan Azərbaycana qarşı ekoloji terror törədir
Hazırda oxunan: Ermənistan Azərbaycana qarşı ekoloji terror törədir
1600
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.