“Ukraynalı qızlar təbii görünüşə üstünlük verir, azərbaycanlı xanımlar isə əksinə...” – Kosmetoloqdan AÇIQLAMA 

“Ukraynalı qızlar təbii görünüşə üstünlük verir, azərbaycanlı xanımlar isə əksinə...” – Kosmetoloqdan AÇIQLAMA 

Hazırda oxunan: “Ukraynalı qızlar təbii görünüşə üstünlük verir, azərbaycanlı xanımlar isə əksinə...” – Kosmetoloqdan AÇIQLAMA 

159823

Hər bir xanım gözəl, şarmlı görünmək arzusundadır. Bunu isə qoruyub saxlamaq elə də asan deyil. Yaş ötdükcə dəridə yaranan problemlər, qırışlar kompleks yaradır və xanımlar üz tutur ən çox reklamı olan  kosmetoloqlara.

Nəticə isə heç də həmişə uğurlu olmur. Sosial şəbəkələrdə yalnış dolğu vasitəsilə üzü deformasiya uğramış qadının videoları bir anda yayılmağa başladı. Biz də sözügedən hadisədən yol alaraq bunun nədən baş verdiyini, kosmetoloq seçərkən nələrə diqqət yetirməli olduğumuzu araşdırmağa çalışdıq.  

Bu səhənin peşəkarlarından olan Elza 13 illik təcrübəsinin 7 ilini Ukraynada son 6 ilini Azərbaycanda çalışır.   

Elza xanım yayılan video ilə bağlı bunları deyib:  

“Təəssüf ki, bizdə kosmetologiya ilə hər kəs məşğul olur ki, bu da belə fəsadlara yol açır. Bəzi kosmetoloqlar bədən dolğusunu üzdə istifadə edirlər. Bu qətiyyən yolverilməzdir. Bədən dolğusunu bədənə də istifadə etmək olmaz. İlk başlarda gözəl nəticə əldə edə bilərsiniz, amma zaman keçdikcə bu dolğular bədəndə çürüyür. 


Üz və dodağa istifadə olunan dolğular çox kiçik ölçüdə - 0,5 və 1 qr olur. Bundan böyük ölçüdə dolğu açılırsa, bu ya süni, ya da bədən dolğusudur. Xanımlar buna xüsusi diqqət yetirsin. “Kosmetologiya bərbad gündədir” deyirlər, xeyr bu belə deyil, sadəcə mütəxəssis seçimində səhvlərə yol verilir.  

Mənim yanıma gələn pasient məndən nə qədər şişirdilmiş bir şey istəsə də, mən bunu etmirəm. Bunu etmədiyim üçün imtina edib gedən müştərilərim də olub. Pul xatirinə mən onu pis günə qoya bilməzdim.  Mənim əl işim mənim imzamdır. Bu işdə həm həkim, həm də istifadə etdiyi preparat yaxşı olmalıdır”. 

“Yaxşı həkim kimə deyirlər?” sualına isə Elza xanımın cavabı belə olub: 

“İlk növbədə tibb təhsili olmalıdır. Bu mütləqdir. Bundan əlavə öz üzərində işləməli, xüsusi seminarlara qatılmalıdır. Mütəmadi olaraq preparatlar dəyişir. Təhsilli, öz üzərində çalışan həkim bunları bilir və etdiyi heç bir iş əks-təsir göstərmir. Amma kosmetologiyanı hansısa 3-5 aylıq kursda öyrənən kosmetoloqlar işləri ilə seçilir və onların reklamına, ucuz qiymətinə aldanıb gedən pasientlər həm pulundan olur, həm də psixologiyası pozulur“. 


Ukraynada təhsil alıb və 7 il orada çalışan müsahibim deyir ki, Ukraynada xanımlar iynə üsulu ilə olunan prosedurlara çox üstünlük vermir.

Daha çox profesional masaj, üz baxım məhsullarından istifadə edərək təbiiliyə üstünlük verirlər: 

6 ildir Azərbaycanda fəaliyyətini davam etdirən Elza Nuriyeva 13 illik fəaliyyətində bir dəfə də olsun, reklama pul xərcləmədiyini bildirir.  

“Mən reklamı müştərilərimin üzərində etdiyim prosedurlarla göstərirəm. Professional iş mənə növbəti müştərimi qazandırır” deyir, Elza xanım. 


Qadınlarda inam hissi gözəllikdən başlayır. Buna ehtiyac duyanlar, gözəlliyinizi əsl peşəkarlara həvalə edin.  

Gözəlliyinizin müəllifi olun.  


İlamə Əli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO