Masallıda 3 il əvvəl törədilmiş quldurluğun üstü AÇILDI – FOTO  

Masallıda 3 il əvvəl törədilmiş quldurluğun üstü AÇILDI – FOTO  

Hazırda oxunan: Masallıda 3 il əvvəl törədilmiş quldurluğun üstü AÇILDI – FOTO  

159822

2020-ci ilin may ayının 26-da gecə saatlarında tamah niyyəti və özgə əmlakını ələ keçirmək məqsədilə Masallı rayonunun Qəriblər kəndindəki yaşayış evlərindən birinə daxil olan naməlum şəxslər ev sahibinə dəmir linglə müxtəlif bədən xəsarətləri yetirərək oradan uzaqlaşıblar. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya bildirilib ki, faktla bağlı elə həmin vaxt Azərbaycan Respublikası Cinayət Məsəlləsinin müvafiq maddəsi  ilə cinayət işi başlanılıb. 

Quldurluq əməlinin törədilməsi ilə əlaqədar daxil olan əməliyyat məlumatları əsasında Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Ağali Ağayev tutulub, şəxsiyyəti müəyyən edilmiş digər bir nəfərin saxlanılması istiqamətində isə əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO