Zaqatalada iki minik avtomobili TOQQUŞDU – Ölən var 

Zaqatalada iki minik avtomobili TOQQUŞDU – Ölən var 

Hazırda oxunan: Zaqatalada iki minik avtomobili TOQQUŞDU – Ölən var 

159780

Zaqatalada iki minik avtomobili toqquşub, sərnişin hadisə yerində ölüb. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə səhər saat 09:30-da radələrində Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. 

“VAZ-2106” və "VAZ-2107" markalı iki minik avtomobili toqquşub. Qəza zamanı "VAZ-2106" markalı avtomobildəki sərnişin aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Ölən sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıb. Sərnişinin meyiti əraziyə cəlb edilmiş Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə həkim briqadasına təhvil verib. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO