Polis Daşkəsən sakinindən rüşvət alıb? - Yayılan kadrlara DİN-dən MÜNASİBƏT

Polis Daşkəsən sakinindən rüşvət alıb? - Yayılan kadrlara DİN-dən MÜNASİBƏT

Hazırda oxunan: Polis Daşkəsən sakinindən rüşvət alıb? - Yayılan kadrlara DİN-dən MÜNASİBƏT

15974

Daxili İşlər Nazirliyi (DİN) Yol Patrul Xidməti əməkdaşının sürücüdən rüşvət alması ilə bağlı iddialara münasibət bildirib.

Bizim.Media-nın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, iddia əsassızdır.

"Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Baş Dövlət Yol Polisi İdarəsinin Yol patrul Xidməti Alayının 9-cu tağımının inspektorunun stasionar postda yük avtomobili sürücüsündən rüşvət alması ilə bağlı yayılan video-görüntülür aiddiyəti qurumlar tərəfindən araşdırılmış və iddia öz həqiqətini tapmamışdır.

Belə ki, mart ayının 26-da Daşkəsən rayon sakini Eşqin Ələsgərov özünə məxsus yük avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən, daşıdığı yükün qabaritinin normadan böyük olması səbəbi ilə saxlanılmış, sürücüyə pozduğu qayda pozuntusu ilə bağlı məlumat verilmişdir.

E.Ələsgərov daşıdığı yükün qaiməsini polis əməkdaşına təqdim edərək çəkisinin normal standartlara uyğun olduğu bildirib.

Sürücüyə bir daha izah olunaraq yükün çəkisinin deyil qabaritinin normadan böyük olduğu bildirilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) ilə protokol tərtib edilərək 40 manat miqdarında cərimə edilib.

Qeyd edək ki, həmin gün sürücünün stasionar posta daxil olması, protokol tərtib edilmə görüntülərinə baxış keçirilmiş və iddia edilən fikirlərin əsassız olması müəyyən edilmişdir" - deyə E.Qasımov bildirib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO