Sürücü iki piyadanı eyni anda vurdu - Şahbuzda ağır qəza 

Sürücü iki piyadanı eyni anda vurdu - Şahbuzda ağır qəza 

Hazırda oxunan: Sürücü iki piyadanı eyni anda vurdu - Şahbuzda ağır qəza 

15964

Şahbuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hadisə martın 26-da saat 1 radələrində Şahbuz rayonunun Daylaqlı kəndi ərazisində qeydə alınıb.

Babək rayon sakini Ü.Bağırov idarə etdiyi “Hyundai” markalı avtomobillə Şahbuz şəhər sakini E.Salmanzadəni və Daylaqlı kənd sakini S.Bəşirlini vurub.

Nəticədə E.Salmanzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada xəstəxanaya yerləşdirilib.

Şahbuz RPŞ tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO