Hacıqabulda güclü yanğın: 5 ölü, 2 xəsarət alan var - FOTO/VİDEO

Hacıqabulda güclü yanğın: 5 ölü, 2 xəsarət alan var - FOTO/VİDEO

Hazırda oxunan: Hacıqabulda güclü yanğın: 5 ölü, 2 xəsarət alan var - FOTO/VİDEO

159473

Hacıqabulda güclü yanğın hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında  rayonun Nəvai stansiyası ərazisində keçmiş məcburi köçkünlərin məskunlaşdığı iki mərtəbəli yataqxana binasında  qeydə alınıb.

Belə ki, yataqxana binasında məskunlaşmış Zəngilan rayon sakinləri - ikisi azyaşlı olmaqla 5 nəfər yanaraq ölüb, 2 nəfər isə müxtəlif dərəcəli yanıq xəsarəti alaraq Hacıqabul rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə gecə saatlarında baş verdiyindən ev sakinləri hadisədən gec xəbər tutublar. Güclü yanğın zamanı evdə olan 42 yaşlı Abışova Aybəniz, 73 yaşlı Abışova Sara, 80 yaşlı Mütəllim Mahmudov və iki azyaşlı 11 yaşlı Elgün Sadıqov və onun bacısı 13 yaşlı Zəhra Sadıqova yanaraq dünyasını dəyişiblər.

Hadisə yerinə dərhal rayonun hüquq mühafizə orqanı əməkdaşları və FHN-in Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən  söndürülüb və genişlənməsinin qarşısı alınıb. Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.




Bizim.Media, Aran bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO