Maştağa qəsəbəsində ana və 4 uşağı itkin düşüb

Maştağa qəsəbəsində ana və 4 uşağı itkin düşüb

Hazırda oxunan: Maştağa qəsəbəsində ana və 4 uşağı itkin düşüb

159315

Bakının Sabunçu rayonu ərazisində ana və 4 uşağı itkin düşüb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, Maştağa qəsəbəsində yaşayan Aağazaman Salamzadə Sabunçu RPİ-nin 14-cü PŞ-nə ərizə ilə müraciət edib.

O, qeyd edib ki, onunla eyni ünvanda yaşayan arvadı 1991-ci il təvəllüdlü Qızxanım Salamzadə oktyabrın 4-də övladları - 2004-cü il təvəllüdlü Əbil Salamzadə, 2006-cı il təvəllüdlü Aysun Salamzadə, 2008-ci il təvəllüdlü Aynişan Salamzadə və 2010-cu il təvəllüdlü Səadət Salamzadə ilə birlikdə yaşadıqları ünvandan çıxıblar və geri qayıtmayıblar.
Faktla bağlı Sabunçu RPİ-nin 14-cü PŞ-də araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO