İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alındı - FOTO

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alındı - FOTO

Hazırda oxunan: İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alındı - FOTO

159188

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Oktyabrın 9-da saat 21:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 8 kiloqram 270 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO