Qoruğun icarədarı, ərəblərin ovçuluğuna ''hə'' deyən iş adamı kimdir? – FAKT

Qoruğun icarədarı, ərəblərin ovçuluğuna ''hə'' deyən iş adamı kimdir? – FAKT

Hazırda oxunan: Qoruğun icarədarı, ərəblərin ovçuluğuna ''hə'' deyən iş adamı kimdir? – FAKT

15907

Xəbər verdiyimiz kimi, bu gün Dövlət EkolojiTəhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə mətbuata verdiyi açıqlmada bildirib ki, Acınohur yasaqlığı ərazisində 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarəyə verilib, həmin vətəndaş da müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər.

Bizim.Media xəbər verir ki, Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin 2018-ci ildə açıqladığı məlumatda Acınohur düzənliyinin bəzi ərazilərinin əkin məqsədləri üçün istifadə edilməsi üçün “Aqroinkişaf-2017” MMC-yə ayrıldığı qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

''Postlar qurulub ki, ərəblər orada hərəkət etməsinlər'' - Nazirlikdən quş ovuna AÇIQLAMA


Açıqlanan məlumatda “Aqroinkişaf-2017” MMC-nin icarəyə götürdüyü 7500 hektar ərazidə ceyranların həyatı üçün təhlükə yarandığı və bu səbəbdən şirkətə xəbərdarlıq olunduğu bildirilib.

Məlumat üçün bildirək ki, “Aqroinkişaf-2017” MMC 07.02.2017-ci ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamı kapitalı 10 000 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Nobel pr. Ev 36-da yerləşir. MMC-nin qanuni təmsilçisi Sadıxov Ruslan Oqtay oğludur.

Onu da qeyd edək ki, Sadıxov Ruslan Oqtay oğlu eyni zamanda 2007-ci ildə təsis olunan ADEC MMC-nin (Azərbaycan İnkişaf Şirkəti) qanuni təmsilçisidir.

Nizamnamı kapitalı 1 000 000 manat olan ADEC MMC Bakıda inşa olunan “Ağ şəhər” layihəsinin icracısıdır. (Yaniavaz.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO