Azərbaycanda təbii artım 4 dəfə azalıb  – “Fəlakət həddinə çatıb” – SOS

Azərbaycanda təbii artım 4 dəfə azalıb  – “Fəlakət həddinə çatıb” – SOS

Hazırda oxunan: Azərbaycanda təbii artım 4 dəfə azalıb  – “Fəlakət həddinə çatıb” – SOS

15902

Son 30 ildə Azərbaycanda demokrafik vəziyyət pisləşib. 1990-2020-ci illərdə Azərbaycanda əhalinin tәbii artım, doğuş və ölüm səviyyəsinin statistikasına görə ölkədə demokrafik vəziyyət aşağı düşüb. 

2020-ci ildə əhalinin hər 1000 nəfərinə təbii artım - 5,1 nəfər (son 75 ilin ən aşağı göstəricisi) doğulanlar - 12,7 nəfər (son 76 ilin ən aşağı göstəricisi), ölənlər - 7,6 nəfər (son 65 ilin ən yüksək göstəricisi) olub.  

Son 30 ildə, yəni 1990-2020-ci illərdə doğulanlar 2 dəfə azalıb, ölənlər - 24,6 % artıb, təbii artım isə 4 dəfə azalıb. 

Bizim.Media xəbər verir ki, iqtisadçı-ekspert Samir Əliyev “Facebook” hesabında məsələyə münasibət bildirib.

O, Azərbaycanda demoqrafik vəziyyətin pisləşməsində pandemiyanın katalizator rolunu oynayaraq durumu fəlakət həddinə çatdırdığını bildirib:

“Təsəvvür edin ki, təbii artım və doğum səviyyəsi son dəfə İkinci Dünya müharibəsinin sonunda bu həddə düşmüşdü. Hətta 90-cı illərin ağır sosial-iqtisadi vəziyyəti və I Qarabağ savaşı təbii artıma və doğuma bu qədər zərbə vurmamışdı. Ölüm isə son dəfə 1955-ci ildə bu qədər yüksək həddə olub. Pandemiya və az da olsa II Qarabağ savaşı ölüm statistikasını 65 illik rekord həddə çatdırıb”. 

Ekspertin sözlərinə görə pandemiya demoqrafik vəziyyəti sadəcə tündləşdirib:

“Ona qədər də təbii artımın azalması tendensiyası mövcud olub. 2018-ci ildəki azalmanı nəzərə almasaq, 2019-cu ildə təbii artım 2003-cü ildən sonra ən aşağı həddə olub.

Alçina Amilqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO