Siyəzəndə 103 yaşlı Böyük Vətən Müharibəsi iştirakçısı Əmrah Məmmədov bu gecə vəfat edib.
Bizim.Media-nın şimal bürosu xəbər verir ki, veteranın döyüş yolu bir çox zonalardan, o cümlədən Ukraynadan keçib.
MÖVZU İLƏ BAĞLI:
Faşizm üzərində qələbənin 102 yaşlı qəhrəmanı Əmrah kişi: “Vuruşa-vuruşa haralara getməmişəm ki?” - VİDEO
O hər il Ukrayna prezidentindən təbrik alırdı. Əmrah Məmmədov Bizim.Media-nın da müsahibi olmuşdu.
Aytəkin Alxaslı, Bizim.Media, şimal bürosu