Tikinti zamanı ölüm faktı ilə bağlı cinayət işi BAŞLANDI

Tikinti zamanı ölüm faktı ilə bağlı cinayət işi BAŞLANDI

Hazırda oxunan: Tikinti zamanı ölüm faktı ilə bağlı cinayət işi BAŞLANDI

158438

Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının İlham Hüseynova dəyməsi və sonuncunun aldığı xəsarətlərdən ölməsi ilə bağlı araşdırma aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Naxçıvan Muxtar Respublikası Prokurorluğu yayıb.

Araşdırma zamanı tikinti işlərinin aparılmasına səlahiyyət verən sənəd olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işlərinin aparıldığı, həmin tikintidə işləyən işçilərin fərdi texniki mühafizə vasitələri ilə təmin edilmədiyi, habelə tikinti işlərinin aparılmasının təhlükəsizliyi qaydalarının pozulmasının qarşısının alınması üçün heç bir tədbir görülmədiyi müəyyən edilib.
Fakta görə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Cinayət Məcəlləsinin 188.2 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla tikinti işləri aparma), 222.3 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 314.2-ci (səhlənkarlıq) maddələr ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO