BİZİM TƏQVİM: 5 oktyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 5 oktyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 5 oktyabrda baş vermiş tarixi hadisələr

158330

Bu gün Beynəlxalq Müəllimlər günüdür. 5 oktyabr Beynəlxalq Müəllimlər gününün qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il il oktyabrın 5-də YUNESKO verib. Həmin vaxt bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-i müəllimlərin peşə bayramı günü kimi qeyd edilir. Hazırda Azərbaycanda 150 mindən çox orta məktəb müəllimi fəaliyyət göstərir. Ümumilikdə isə ali təhsil, orta ixtisas, peşə və sair. sahələrdə çalışan müəllimlərin sayı 170 mindən çoxdur.

Xatırladaq ki, Azərbaycanda Müəllimlər günü 1993-cü ildən qeyd olunur.

Bəs, oktyabrın 6-da dünyada daha nələr olub?

1. 1864-cü ilin 5 oktyabr tarixindә  Hindistanın Kalküta şәhәrindә tüğyan edәn qasırğa nәticәsindә 60 min nәfәr hәlak oldu.

2. 5 oktyabr 1896-cı ildə Almaniyalı fizik Vilhelm Rentgen yeni elektromaqnit dalğalarını kəşf edib. Bu dalğalar sonradan “Rentgen şüaları” adlandırılıb. V.Rentgen bu kəşfinə görə 1901-ci ildə Nobel mükafatına layiq görülüb.

3. 5 oktyabr 1901-ci ildə Bakıda müsəlman qızlar üçün ilk təhsil ocağı – Qızlar Məktəbi açılıb. Məktəb maarifpərvər ziyalı Həsən bəy Zərdabinin təşəbbüsü ilə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa etdirmişdi. Məktəbin direktoru H.Zərdabinin həyat yoldaşı Hənifə Məlikova-Zərdabi idi.
4. 1908-ci ilin 5 oktyabr tarixindә Bolqarıstan müstәqilliyini elan etdi. Eyni gün Avstriya-Macarıstan İmperiyası Bosniya vә Herseqovinanı ilhaq etdiyini açıqladı.

5. 5 oktyabr 1918-ci ildə “Şeypur” jurnalı ilk dəfə nəşr olunub.

6. 1921-ci ilin 5 oktyabrında Londonda ingilis yazıçısı Katerina Ami Davson Skot və Con Qolsuorsi tərəfindən bütün dünya yazıçı və şairlərini birləşdirən təşkilat – PEN təsis edilib.

7. 5 oktyabr 1944-cü ildə Fransada qadınlara ümumi seçki hüququ verilib. 

8. 1948-ci ilin 5 oktyabr tarixindә Türkmәnistanın Aşqabad şәhәrindә baş verәn zәlzәlә nәticәsindә 110 min nәfәr hәlak olub.

9. 1970-ci ilin 5 oktyabr tarixindә Әnvәr Sәdat Misir prezidenti seçilib. Әnvәr Sәdat 1981-ci ilin 5 oktyabr tarixindә tәşkil edilәn hәrbi mәrasim zamanı öldürülüb. Hücuma görә mәsuliyyәti ‘‘Müsәlman qardaşları’’ tәşkilatı öz üzәrinә götürüb.
10. 1979-cu ilin 5 oktyabr tarixindә Yasir Әrәfat Türkiyәyә sәfәr edib.

11. 5 oktyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliklərini Ermənistanın işğalından azad etmişdir.

Oktyabrın 5-də bu şəxsiyyətlər xatırlanır:

1. 5 oktyabr tarixindә ABŞ-ın mәşhur sahibkarı vә ixtiraçısı Stiv Cobs vәfat edib.

2. 5 oktyabr 1967-ci ildə Azərbaycan hərbçisi, Azərbaycanın Milli Qəhrəmanı Namiq Allahverdiyev anadan olub.

3. Cəmil Niftəliyev, Azərbaycan hərbçisi, Azərbaycanın Milli Qəhrəmanı Cəmil Niftəliyev 5 oktyabr 1968-ci ildə dünyaya gəlib.

4. Azərbaycan kapitanı, Vətən Müharibəsi Qəhrəmanı Cavid Mahmudov 4 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə yüksəlib.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO