“Müəllimlərə hədiyyələrin verilməsi yolverilməzdir” - XƏBƏRDARLIQ 

“Müəllimlərə hədiyyələrin verilməsi yolverilməzdir” - XƏBƏRDARLIQ 

Hazırda oxunan: “Müəllimlərə hədiyyələrin verilməsi yolverilməzdir” - XƏBƏRDARLIQ 

158326

“Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərə hər hansı formada hədiyyələrin verilməsi və ya vəsaitin toplanması yolverilməzdir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva Bakıdakı məktəb rəhbərləri, eləcə də valideynlərə müraciətində bildirib. 

Onun sözlərinə görə, bununla bağlı monitorinqlər aparılacaq: 

“Təhsil ictimaiyyətinin başlatdığı #MənimMüəllimim çağırışına qoşularaq müəllimlərə xoş söz, təbrik mesajlarının çatdırılması onlar üçün ən böyük hədiyyədir. Şagird və ya valideynlərin müəllimlərə hədiyyə verməsi, vəsaitin toplanması isə yolverilməzdir. Bu kimi hallarla rastlaşdıqda nazirliyin “Qaynar xətt” xidmətinə (146) anonim olmadan məlumat verməyinizi xahiş edirik”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO