Separatçı “liderlər”i neçə il HƏBS GÖZLƏYİR?

Separatçı “liderlər”i neçə il HƏBS GÖZLƏYİR?

Hazırda oxunan: Separatçı “liderlər”i neçə il HƏBS GÖZLƏYİR?

158322

Azərbaycan dövləti və xalqına qarşı çoxsaylı cinayətlər törətmiş Qarabağdakı terrorçu xuntanın keçmiş və indiki liderləri artıq Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Araik Arutyunyan, David İşxanyan, Arkadi Qukasyan, Bako Saakyan, artıq həbsdədir. 

Görəsən, onları hansı cəzalar gözləyir? 

Bizim.Media-ya açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirir ki, bəşəri cinayətlərə əl atmış bu erməni terrorçularını ən azı 9 ildən, ömürlük cəzaya məhkum olunmağa qədər bir cəza gözləyir:
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Separatçı rejimin keçmiş “başçıları” həbs edildi


“Saxlanılan bu şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir çox maddələri üzrə ittiham elan olunub. İttihamda göstərilən maddələr Azərbaycan Cinayət Məcəlləsində ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aid olan maddələrdir.

Burada da ən aşağı azadlıqdan məhrumetmə cəzası 9 ildir. Ən yuxarı hədd olaraq isə həmin cinayətkarlar ömürlük azadlıqdan məhrumetmə cəzasına qədər məhkum oluna bilərlər. 

Onlar qanunsuz silahlı birləşmələrin yaradılması, terror aktlarının maliyyələşdirilməsi, terror aktları törətmək, hakimiyyəti əl keçirmək, qanunsuz olaraq sərhədi keçmək, insanlıq və bəşəriyyət əleyhinə olan etnik təmizləmə cinayətlərində ittiham olunurlar. 

Araik Arutyunyan 44 günlük müharibə dövründə müsahibəsində Gəncənin bombalanmasına şəxsən əmr verdiyini bildirib. Burada da müharibə cinayəti, mülki hədəf və dinc vətəndaşların məhv edilməsi məsələsi var. Bu da beynəlxalq cinayətlər kateqoriyasına aid cinayətlərdir. Bunlar da şübhəsiz ki, ağır və xüsusilə ağır cinayətlərdir və ona görə uzun müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”. 

Bu terrorçularla bağlı məhkəmə prosesi açıq, ya qapalı keçirilməlidir? 

“Ümumiyyətlə, ölkə qanunvericiliyinə görə, məhkəmələr açıq olmalıdır. Yalnız dövlət sirri təşkil edən məqamlar olarsa, həmin an üçün prosesin qapalı keçirilməsi barədə məhkəmə qərar qəbul edə bilər. Bu şəxslərlə bağlı prosesin açıq olması vacibdir. Qoy beynəlxalq aləm həmin şəxslərin hansı cinayətlər törətdiyini bir daha görsün. Açıq keçirilməsi həm də ona görə vacibdir ki, gələcəkdə belə cinayətlərə əl atmaq fikrinə düşənlər ondan çəkinsinlər”, - deyə Əliməmməd Nuriyev əlavə edib.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO