Sumqayıtda arvadını öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Sumqayıtda arvadını öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Sumqayıtda arvadını öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

158285

Xəbər verildiyi kimi iyunun 26-da 1987-ci il təvəllüdlü Leyla Muradovanın öldürülməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Sumqayıt şəhər prokurorluğu yayıb.

İstintaqla 1993-cü il təvəllüdlü Balafər Muradovun qeyd edilən tarixdə Sumqayıt şəhəri, Beton zavod ərazisində yaşadığı evdə arvadı Leyla Muradovanı aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Balafər Muradova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər  Məhkəməsinə göndərilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO